“Təxribat şənbə, ya bazar gününə planlaşdırılıb”

Leyla Yunusdan məhbəsdən növbəti məktub göndərdi

Source:


Leyla Yunusdan məhbəsdən növbəti məktub göndərdi

İyulun 30-da həbs olunan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məhbəsdən növbəti məktub yazıb. Hüquq müdafiəçisi ona qarşı kamera yoldaşı Nuriyyə Hüseynova tərəfindən növbəti təxribatın hazırlandığını bildirib. Məktubda deyilir:

Hamıya! Hamıya! Hamıya!

Kürdəxanı təcridxanasında mənə qarşı növbəti təxribat hazırlanır.

Cinayətkar Hüseynova Nuriyyə Musa qızını hər gün çağırıb təlimatlandırırlar. Görünür, o bilavasitə təcridxana rəisi A.Seyidovla söhbət edir. Bu görüşlərdən sonra o axşamlar məni çirkin şəkildə hədələyir. Çox güman ki, təxribat şənbə, ya bazar gününə planlaşdırılıb.

Bu həftə bizim kameraya Ombudsman aparatı əməkdaşlarının gəlişi vəziyyəti bir qədər də gərginləşdirdi. Ombudsman aparatının əməkdaşları mənim birinci dəfə cinayət məsuliyyətinə cəlb edilən qadınların kamerasından köhnə resedivisti (onun bütün qardaşları və qohumları həbsxanadadır) çıxarmaqla bağlı əsaslı xahişimə heç bir reaksiya vermədilər. Həmçinin məni qəbul etmək üçün yazılı müraciətlərimə baxmayaraq (iki dəfə müraciət etmişəm, sonuncu dəfə Ombudsman aparatı əməkdaşlarının yanında müraciət etmişəm), təcridxana rəisi A.Seyidov onları cavabsız qoyur.

Bundan başqa, təcridxana əməkdaşları kameradakı digər qadınlara da təzyiq göstərməyə başlayıb. Onları çağırıb tələb edirlər ki, Hüseynovanın mənə hücum etmədiyini yazılı şəkildə təsdiqləsinlər.

Öz növbəsində hədələyir ki, yaxın vaxtda mənə elə hücum edəcək ki, (ən çirkin ifadələrdən istifadə edir) bədənimdə qançır olmayacaq, ancaq mənə bundan da pis olacaq.

Nuriyyə Hüseynova – İlham Əliyevin mənə qarşı işgəncə silahıdır. Mənəviyyatca çox yaxın adamlardı.


Leyla Yunus

20 sentyabr 2014-cü il

Ana səhifəXəbərlər“Təxribat şənbə, ya bazar gününə planlaşdırılıb”