Təsvirolunmazı necə təsvir etməli?

Seymur Baycanın “Quqark”ında müharibə, qadınlar və yaşanan travmalar

Source:

1 hissə

Ta qədim zamanlardan filosof və yazıçılar qəbul etmişdilər ki, hər bir dilin kasadlığı başqa bir dünya kimi təsəvvür etdiyimiz daxili aləmimizdə yaşananların təsvirinə imkan vermir. Müstəsna hisslərin və istirabların ifadə olunması heç də asan deyil. Artıq Platon da bilirdi ki, sözlər azlıq təşkil edir (VII Məktubdan) və bu azlıqla yazılarda qəlbin  təsviri prosesində qarşılaşmaq olar (Fedr). Lakin XIX əsrdə daxil olmaqla müasir fikir adamları, ədəbiyyatı mahiyyət etibarı ilə məhs təsvirolunmazların təsviri kimi qəbul edirlər. Novalis, Şelinq və Hegeldən başlayaraq Fridrix Şteyner, Adorno, Derrida və Liotaradək ifadə olunmazlıq müasir incəsənətin əsas xüsusiyyəti kimi müəyyən olunur.

Polşa ədəbiyyatında təsvir olunmazlılıq haqqında XX əsrin birinci yarısında-yaşamış Boleslav Lesman, Stanislav İqnats, Brüno Şults və əsrin ikinci yarısında yaşayıb-yaratmış digər şairlərin fikirləri məlumdur. Onlardan birindən sitat gətirək: “Sözlər mənə azlıq edir, sözün azlığı isə məni öldürür”2. Sadalanan filosoflar və yazıçılar söhbət yalnız metafizik, ilahi və poetik təsvirlərdən gedəndə təsvir olunmazlılıq anlayışını müzakirə edirdilər. Təsvir olunmazlılıqdan həm də müharibə kimi pis, qorxulu, qeyri-adi hadisələrin qələmə alınmasında da qarşılaşmaq olar.

Seymur Baycan müharibədə yaşananların ifadə olunmazlığını çox gözəl bilir.Bu haqda çox düşünür, bəzən çəkinir ki, oxucuları, dinləyiciləri onun danışdıqlarını anlamaya bilər. Romanın birinci səhifəsində o qeyd edir:”Mən çəkinirəm ki, insanlar “Quqarkın” mənim həyatımda oynadığı rolu anlamasınlar”.

Daha sonra, Vanadzordakı Helsinki  Assambleyasının dəvəti ilə erməni-azərbaycan davasının qızğın müzakirəsi getdiyi “Quqark” düşərgəsinə gələndə bilmirdi ki, gənclərə öz gözü ilə gördüyü müharibə haqqında danışmalı olacaq. Onun üçün hansısa bədii əsərdən müharibə təsviri daha asan olardı.”Gördüklərimi danışmaq mənim üçün çətin idi. Bilmirdim, hardan başlayım. İndi heç nə yaza bilmədiyim kimi, o vaxt da heç nə danışa bilmirdim. Çox pis vəziyyətə düşmüşdüm. Axı mən kimdən başlayım? Hardan başlayım? Necə başlayım? (səh. 152).

Əlbətdtə, müharibədən danışarkən axan qandan, açıq yaralardan, meyidlərdən başlamaq olmaz. Ədəbiyyatda bu mənə ən az toxunan məqamlardır. Döyüş səhnələri onları televizorda izləyərkən və ya National Geographics-də olan müharibə şəkillərinə baxarkən insana təsir edə bilir. Bizim qəhramanımız isə söhbətə bal arısı saxlayan əmisindən danışmaqla başlayır. Ermənilənin atdığı bomba arı yeşiklərini dağıtmış  və arılar Seymurun anasının bişirdiyi mürəbbəyə daraşmışdılar. Uşaqlar bu hekayəni maraqla dinləyir, əlavə olaraq müəllif onlara balın insan orqanizminə və gözəlliyinə təsirlərini də danışır. “Mənim balın faydası haqqında danışdıqlarım uşaqlara müharibədən daha maraqlı gəlmişdi, onlar məni bu mövzuda çox sorğu-suala tutdurlar”(səh 155)

Təbii ki, kitabda bal haqqında deyilənlərin hamısı doğru deyil, səhər ac qarına bal yemək çox faydalıdır. Lakin balı su ilə qatmaq daha yaxşı təsir göstərər.  Balı bütün bədənə sürtmək dəri və gözlər üçün nə qədər xeyirlidir, bilmirəm. Müharibə zamanı boşaldılmış və tərk olunmuş yerlər haqqında oxumaqda çox maraqlı idi. Axı azərbaycanlılar yaşayan kəndlər indi boş qalmışdı və ermənilər oralarda məskunlaşmağa hələ tələsmirdilər. Öz növbəsində erməni kəndləri ilə “zaman və həyat özü məşğul olmuşdu”. “Azərbaycan kəndləri yandırılmış, erməni kəndləri isə kərpic-kərpic uçurdu.  İnsanlar qram-qram ölürdülər. Bəzi kədlərdə nəfəs alan diri bir canlıya rast gəlmək olmurdu – yolu keçən xoruzdan başqa” (səh. 22).

Quqarkda Bakı ermənisi ilə söhbət səhnəsi müharibə haqqında düzgün təsəvvür yaratmağa kömək edir. Bu insan tərəddüd etmir və hətta dəqiq bilir ki, erməni və azərbaycanlıları barışdırmaq cəhdləri mənasızdır.  “Nə deyirsən, xalqlar barışacaq? Gecdir. Mənasızdır. Hər şey məhv oldu.” (səh. 158). Yaşanan dəhşətlər həm də  müharibə qəhramanlarının sağ qalıb, ölümlə üzbəüz gəlməyindən danışan zamanda hiss olunur. “Ölüm lap yaxınımda idi, mən hətta gördüm onu”. (səh. 262).  Atılan mərminin dalınca havada şüşələr ucur, müəllifin özü isə zibillə dolu çalaya yuvarlanırdı. “Mən köhnə paltarların və ayaqqabıların atıldığı bir çalada uzanmışdım  və səmaya baxırdım, rayon tərəfə atılan mərmiləri sayırdım. Yanımda bir it leşi də var idi. Havada dəhşətli üfunət var idi”.

Hər şeydən çox o itkin düşməkdən qorxurdu. O ölsəydi, onun qalıqları ilə itin qalıqlarını səhv sala bilərdilər. Çox da ki, indi belə hallarda DNT testləri eləyirlər.  “Mən əgər səngərdə ölsəydim, mənim meyidimi kim tapardı? Bədənimin cürüməsi haqqında fikirlər məni dəhşətə gətirirdi. Demək ki, ölünün yuyulması, kəfənlənməsi, tabuta qoyulması, bastırılması boşuna deyilmiş. O günə kimi mən bu işlərin mənasını anlamırdım, ölümdən sonra görülən bu işləri boş enerji sərfi kimi qiymətləndirirdim”.

Mən də çox vaxt özümü tabutsuz, adi torpaqda bastırıldığımı təsəvvür edirdim. Yaxşı olardı ki, məni heç bastırmazdılar.  Belə düşünməyimin səbəbi bəlkədə televizordan başqa heç yerdə müharibə səhnələrini görməməyimdir. Ölən insanın nələr düşündüyü çox maraqlıdır. Görəsən, müharibədə – ölümün ani olduğu yerdə, insanın düşünməyə vaxtı olurmu? Romanın qəhramanı onun başına öləndən sonra gələnləri düşünür və qorxur. Çünki ölümündən sonra öz meyidinə heç bir kömək göstərə bilməz.  Ölümdən sonra olan ən qorxulu şey insanın öz ölü bədəni ilə bağlı heç bir qərar verə bilməməsidir.  Belə baxanda nə fərqi var, ölü bədənlə nə olacaq, onsuz da adam heç nə hiss eləmir. Lakin müəllifin haqqında söz açmadığı ruhun ölümdən sonrakı vəziyyətinə biganə qalmaq olmur.

Müəllifin Qarabağ müharibəsində təsvir etdikləri arasında olmayan iki qonşu millətin bir-birinə olan nifrətini xüsusi qeyt etməliyik. Əsərdə bu qeyd olunmur, lakin başqa mənbələrdən bilirik ki, bu günə kimi bu nifrət hələ də qalmaqdadır. Seymur Baycan dostcasına Bakı ermənisi ilə söhbət edir, qarşı tərəfdə ona eyni mehribanlığı göstərir. Düşərgədə müəllif Ermənistandan olan Anuşla mənəvi yaxınlıq edir. Sonradan bu yaxınlıq bilinməyən səbəblərdən bitir. Bəlkə də bu uzaqlaşmanın səbəbi milli mənsubiyyət yox,  bir birinə xüsiyyətcə uyğunlaşmaq idi. Müəllif özü etnik mənsubiyyəti səbəb kimi göstərir.  Səbəb kimi həm də münasibətin davamında qarşı tərəfin inisiatorluğunu göstərir.

Bu mənim şəxsi fikrimdir, müəllif bunun yaxşı və ya pis olması haqda işarə etmir, heç bir fikir söyləmir. Qadınların əksinə olaraq kişilər hisslər uğrunda mübarizə aparmağı sevmirlər. “Quqarkdan” sonra Anuş onu dinləməyərək hansısa erməni şəhərində otelə, onu görməyə gəlmişdi. “Anuşun düşmən ölkədən gələn oğlanla görüşməsi birmənalı olaraq çox təhlükəli idi. Ona görə də, mən ondan otelə gəlməməyi xahiş etmişdim. Anuş mənə gəlməyəcəyini söz vermişdi”. (səh. 371) Anuş azərbaycanlı ilə görüşərək otelin yanında dayanır,  milliyəti erməni olan mühafizəçilər və otel işçilərindən çəkinmir və mehribanlığını gizlətmir, lakin müəllif özünu onunla soyuq aparır. Onun həmvətənləri düşmən xalqın nümayəndəsi ilə belə səmimi davranışına görə Anuşa qınaqla baxırdılar. Məhz bu fraqmentdə iki xalqın bir-birinə olan nifrəti özünü görsədir və bu nifrət hərbi səhnələrdəki təsvir olunan nifrətdən daha güclü təsir bağışlayır.

“Mühafizəçinin bayıra çıxması aramızda olan ucurumu bizə görsətdi. Bu ucurum düşmənçilik, müharibə, nifrət, əsirlər, itkin düşənlər, məlum olmayan müddətə qədər uzanmış və hər həftə pozulan atəşkəs rejimi ilə dolmuşdu”. (səh. 375). Anuş-kişi qadın münasibətlərində buraxılmamalı tipik səhvləri edir. O öz sevgilisi üçün hər şey etməyə hazırdı, sevgilisi isə əksinə, heç nə etmək istəmir və heç nə etmir. Qadının bu hərəkətləri kişilərin xoşuna gəlir, lakin əksinə olaraq, kişi üçün hər şeyi qurban verməyə hazır qadına qarşı qətiyyən sevgi hissi oyanmır və o qadına qarşı maraq azalır. Seymur heç vaxt Anuşu sevməmişdi, baxmayaraq ki, telefonda ona bir dəfə sevgi etirafı etmişdi. Bu etirafı telefondakı xırıltı səsindən Anuş eşitməmişdi. Sonunda olmayan sevgini heç cürə büruzə verə bilməmişdi. Mövcud olmayanın təsviri mümkün deyil.


İzabella Slivinskaya (Izabella Śliwińska)



Yagellonsk Universiteti, doktorant (Krakov)


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəTəsvirolunmazı necə təsvir etməli?