Tərtərin icra başçısı: “Rayonda vəziyyət sabitdir, panikaya əsas yoxdur”

”İnsanlar adi qaydada işləyir, sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət olunur”

Source:


”İnsanlar adi qaydada işləyir, sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət olunur”

“Tərtər rayonunda hər şey normaldır”. Bunu “Report”a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

İcra başçısı Tərtərin cəbhəboyu kəndlərinin boşaldılması ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, kəndlərin boşaldılması ilə bağlı yayılan informasiyalar yanlışdır: “Rayonda vəziyyət sabitdir, panikaya əsas yoxdur. İnsanlar adi qaydada işləyir, sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət olunur”.

Tərtər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, rayonun Qarağacı və Qapanlı kəndlərindən dinc əhali çıxarılır. Yaralananlar Bərdə və Tərtər şəhər xəstəxanalarına yerləşdirilib. Yaralananların sayı haqda dəqiq məlumat yoxdur.

Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə Cəlal Rəhimov dünyasını dəyişib, onun oğlu Orxan Rəhimov isə ayaqlaırnı itirib.

Ana səhifəXəbərlərTərtərin icra başçısı: “Rayonda vəziyyət sabitdir, panikaya əsas yoxdur”