Sərhəd bölgəsi olan Tərtər rayonunda son vəziyyətlə bağlı rayonun icra başçısı Müstəqim Məmmədov Meydan TV-nin suallarını cavablandırıb.
Atəşkəsin pozulması ilə bağlı rayonu tərk edənlər varmı?
Yaşayış məntəqələrimizin hamısında əhali öz yerindədir. Hamısı əkin-biçinlə, mal-qara ilə, bütün təsərrüfat işləri ilə məşğul olurlar. Heç bir problem yoxdur.
Amma sakinlər deyir ki, gündüz saatlarında atəşkəs pozulur deyə onlar təsərrüfatla məşğul ola bilmirlər.
Təmas xəttinə yaxın olan kəndlərdə bəli, var. Biz ora 6 metr hündürlüyündə torpaqdan bənd vurmuşuq. Bu da camaatın təhlükəsizliyini təmin edir.
Hansı kəndlərdə bənd vurulub?
Qapanlı, Qazian, təmas xəttinə yaxın olan digər kəndlərin də hamısına
bənd vurulub.
Ciddi təhlükə yaransa, hücum olsa, insanları yığmaq üçün təhlükəsiz bir yer varmı?
Azərbaycan əsgəri, Azərbaycan ordusu hər qarış torpağımızı qorumağa qadirdir. Elə bir hal da olmayacaq.
Tutaq ki, oldu …?
Olmayacaq.