Tərtərdə xidmət edən əsgər yaralanıb

”Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib”

Source:


”Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib”

“Tərtərdə yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər”, – Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğu Azərbaycanın mövqelərinə atılması nəticəsində əsgər Muraz Kamal oğlu Babakişiyev yüngül bədən xəsarətləri alıb:

“Hazırda hospitala yerləşdirilən əsgərin həyatı üçün heç bir təhlükə yoxdur. Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəXəbərlərTərtərdə xidmət edən əsgər yaralanıb