Tərtərdə kortəbii etiraz aksiyası

Hüquq-mühafizə qüvvələri və etirazçılar arasında toqquşma baş verib, xəsarət alanlar var

Source:


Foto: “Turan” IA


Hüquq-mühafizə qüvvələri və etirazçılar arasında toqquşma baş verib, xəsarət alanlar var

Fevralın 4-də axşamdan keçmiş Tərtərdə etiraz aksiyası keçirilib. Narazılığa polisin hərəkətləri, əsasən Ağdam sakini Dünyamalıyevin rayon polis bölməsində ölümü səbəb olub. Qohumları bildiriblər ki, mərhumun cəsədində işğəncə uzləri olub, lakin polis   mərhumun özünü asdığını bildirib.

Dünyamalıyev yanvarda narkotik maddə alverində ittiham olunaraq həbs edilib. Lakin onun günahını sübut edə bilməyiblər.

Onun ölüm xəbəri rayon mərkəzində narazılıqla qarşılanıb  və yüzlərlə adam mərkəzə toplaşıb.  Mərhumun qohumları və yaxınları rayon polis şöbəsinin pəncərələrini sındırıblar.

Etirazçıları saxlamaq üçün rayona daxili qoşunlar gətirilib.

Hüquq-mühafizə qüvvələri və etirazçılar arasında toqquşma baş verib, xəsarət alanlar var. Bu barədə yerli sakinlər bildiriblər.

Lakin Tərtər polis rəhbərliyi qarşıdurma haqda məlumatları təkzib edir.

Polis əməkdaşlarının sözlərinə görə, adamlar onlarla söhbətdən sonra dağılışıblar, Dünyamalıyev isə özünü asıb (Turan İA).

Ana səhifəXəbərlərTərtərdə kortəbii etiraz aksiyası