Nuranə Həsənovanın cənazəsi dayısına təhvil verilib
Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə İstanbulun „Reina“ gecə klubunda baş verən terror hadisəsi nəticəsində dünyasını dəyişən Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya gətirilib.
Məlumatı report.az-a Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Bildirilir ki, əslən azərbaycanlı olan N.Həsənova Rusiya vətəndaşıdır.
N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb, onun ailəsi də cənazə ilə bərabər Bakıya gəlib.
Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən bildirilib ki, terror qurbanının cənazəsi dayısına təhvil verilib.
Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.