Tərəflər cəsədləri dəyişdi

”Azərbaycan tərəfdən 21 cəsəd aldıq, 13 hərbçinin cənazəsini isə biz onlara verdik”

Source:




‘Azərbaycan tərəfdən 21 cəsəd aldıq, 13 hərbçinin cənazəsini isə biz onlara verdik”

“Dağlıq Qarabağ Respublikası” prezidentinin nümayəndəsi David Babayan

RİA “novosti”

 agentliyinə bildirib ki, son 3 gündə onlar Azərbaycandan 21 hərbçinin meyitini alıblar.

“Aprelin 10-da qarşı tərəf bizə 19 meyit vermişdi, 2-ni isə əvvəl almışdıq. Faktiki olaraq, Azərbaycan tərəfdən 21 meyit aldıq, 13 hərbçinin cənazəsini isə biz onlara verdik”, – Babayan belə deyib.

Qondarma respublikanın nümayəndəsi cənazələrin dəyişdirilməsi prosesinə Qırmızı Xaç və ATƏT-nin fəaliyyətdə olan ofisinin vasitəçilik etdiyini deyib.

Ana səhifəAnalitikaTərəflər cəsədləri dəyişdi