Təlimatı azərbaycanca olmayan dərmanların satışı dayandırılacaq

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçılarına xəbərdarlıq edib

Source:

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçılarına xəbərdarlıq edib

Yanvarın 1-dən Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş dərman vasitələrinin idxalına icazə verilməyəcək.

APA-nın məlumatına görə, bir müddət öncə nazirlik bununla bağlı  dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Səhiyyə Nazirliyindən bildirilib ki, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.

“Dərman vasitələri haqqında” Qanun və  Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır.

Ana səhifəXəbərlərTəlimatı azərbaycanca olmayan dərmanların satışı dayandırılacaq