”QHT Şurasının da büdcəsi 1.5 milyon manata yaxın azalacaq”
Hökumət 2016-cı illə müqayisədə 2017-ci ildə maliyyə ayırdığı televiziyaların hərəsindən təxminən 4 milyon manat kəsəcək.
Bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində qeyd edilib.
İqtisadçı Rövşən Ağayev “Facebook”da yazır ki, İctimai TV-nin xərcləri 15.5 mln. manatdan 11.5 mln. manata, AZTV-nin xərcləri 35.5 mln. manatdan 31.7 mln. manata enir:
“QHT Şurasının da büdcəsi 1.5 mln. manata yaxın azalacaq. 2016-cı il üçün nəzərdə tutulan 6.5 mln. manatdan 5 mln. manata qədər düşəcək. Amma Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun büdcəsi dəyişmir – təxminən 4 mln. manat səviyyəsində saxlanır”.