Təhsil Nazirliyi dərsliklərdəki jarqonlara haqq qazandırdı

“Sadəcə, romandan verilən ifadələr şagirdə həmin ifadələrin harada, necə və nə üçün işlədilməsini müəyyən etmək üçün təqdim olunur”

Source:


“Sadəcə, romandan verilən ifadələr şagirdə həmin ifadələrin harada, necə və nə üçün işlədilməsini müəyyən etmək üçün təqdim olunur”

Son günlər sosial şəbəkələrdə geniş müzakirə edilən Azərbaycan dərsliklərində olan problemlərlə bağlı Təhsil Nazirliyi tərəfindən tədbir keçirilib. Tədbirdə Təhsil Problemləri Institunun direktor müavini Ənvər Abbasov, Təhsil Problemləri Institutunun şöbə müdiri Asəf Hacıyev, 8-ci sinif Azərbaycan dili dərsliyinin müəllifi, BDU-nun professoru Tofiq Hacıyev, digər müəllifi Samirə Beqtaşi, Mehriban Vəliyeva, Yeganə Əliyeva, Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev iştirak edib.

Koordinat.az xəbər verir ki, şöbə müdirinin müavini Əsgər Quliyev ictimaiyyəötin dərsliklərdəki jarqonlarla bağlı narazılıqlarına belə münasibət bildirib: “Dildə nəyisə qadağan etmək mümkünsüzdür. Dil cəmiyyətin güzgüsüdür. Necə ki, cəmiyyətdə yaxşı və pis insanlar var, eləcə də dildə yaxşı və pis sözlər var. Son vaxtlar 10-cu sinif “Ana dili” dərsliyində Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanından bir parça müzakirə olunur. Sadəcə, romandan verilən ifadələr şagirdə həmin ifadələrin harada, necə və nə üçün işlədilməsini müəyyən etmək üçün təqdim olunur”.

Əsgər Quliyev bildirib ki, 8-ci sinif “Ana dili” dərsliyində də buna bənzər və fərqli kontekstdə nitq məsələləri ilə bağlı fikirlər yer alıb: “Bəzi mütəxəssislər dərsliklərə ədəbiyyat müntəxəbatı kimi baxırlar. Biz yeni dərslikləri sovet vaxtı çap olunan dərsliklərlə müqayisə etməməliyik. Bəziləri elə bilir ki, həmin bu mətnlər təsadüf nəticəsində bura düşür. Bunu mütləq şəkildə bilmək lazımdır ki, bu mətnlər müəyyən olunmuş standartlara uyğun hazırlanır”.

Ana səhifəXəbərlərTəhsil Nazirliyi dərsliklərdəki jarqonlara haqq qazandırdı