Təhsil Nazirliyi Arzu Rüstəmovanın şikayətini araşdırır

Xadimənin övladları arzu etdiyi liseydə oxuyacaq, özünün iş məsələsi isə hələ həllini tapmayıb

Source:


Xadimənin övladları arzu etdiyi liseydə oxuyacaq, özünün iş məsələsi isə hələ həllini tapmayıb

Təhsil Nazirliyi Meydan TV-nin “Nazirliyə müraciət xadiməyə baha başa gəldi” başlıqlı materialı ilə bağlı sorğusuna cavab verib. Sorğuda deyilir: “Cavab olaraq bildirik ki, son bir neçə gündə Abşeron rayonu Çaylı kənd sakini Arzu Rüstəmovanın şikayəti ilə əlaqədar təhsil nazirinin göstərişinə əsasən, nazirliyin əməkdaşları Abşeron Rayon Təhsil Şöbəsində olublar. Şöbə müdirinin, Çaylı kənd məktəbi direktorunun və A.Rüstəmovanın iştirakı ilə görüş keçirilib. Görüşdə A.Rüstəmovanın işdən çıxarılması səbəbləri və onun öz xahişinə görə övladının liseyə qəbuluna köməklik göstərilməsi məsələləri müzakirə olunub. A.Rüstəmovaya övladının arzu etdiyi liseyə qəbuluna yardım olunacağı bildirilib. Görüşdə A.Rüstəmovanın tutduğu vəzifədən azad olunması ətrafında söhbət aparılıb və onun şikayətinə birtərəfli mövqeden yanaşılmaması üçün müəyyən araşdırmaların aparılacağı qeyd olunub. Araşdırılma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat veriləcəkdir”.

Arzu Rüstəmova məvacibinin artırılması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib. Onun sözlərinə görə, məhz bu müraciətindən sonra Çaylı kənd orta məktəbinin direktoru tərəfindən işdən çıxarılıb və təhqir olunub. Meydan TV baş verənləri işıqlandırıb (

VİDEO

)

Ana səhifəXəbərlərTəhsil Nazirliyi Arzu Rüstəmovanın şikayətini araşdırır