Təhsil nazirinin müavini ADU tələbələrinin aksiyasından danışdı

”İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır”

Source:


”İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır”

Təhsil nazirinin müavini Ceyhun Bayramov mayın 30-da ADU-da tələbələrlə  görüşüb. Nazir müavini bildirib ki, Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək.

Ceyhun Bayramov nazirliyin tövsiyələrinin ali məktəbin Elmi Şurasına veriləcəyini bildirib.

Məlumatı APA yaylb.

Nazir müavini qeyd edib ki, sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq:

“İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli fikirlər varsa, dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir”.

Ana səhifəXəbərlərTəhsil nazirinin müavini ADU tələbələrinin aksiyasından danışdı