Təhlükəsizlik və rabitə sahələri ilə bağlı qanunvericilik dəyişdiriləcək

“Qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacaq”

Source:


“Qanunvericiliyə ediləcək əlavə və dəyişiklərdə rabitə sisteminin diqqət mərkəzində olacaq”

Təhlükəsizlik, dövlət sirrinin qorunması və bundan irəli gələn məsələlər, eləcə də bu mövzuların mətbuatda işıqlandırılması forması ilə bağlı dövlət başçısının müvafiq sərəncamı var və bundan irəli gələrək qanunvericiliyə əlavə və dəyişikliklər hazırlanıb. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib. Komitə üzvü bildirib ki, nəzərdə tutulan dəyişikliklər dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin və bunlarla əlaqədar olaraq rabitə sisteminin möhkəmləndirilməsinə dair əlavə və dəyişikliklərdir: “Yeni parlamentdə bu məsələlərin müzakirəyə çıxarılması planlaşdırılıb. Məqsəd qeyd olunan sahələrin gücləndirilməsidir. Bu sahədə qanunazidd əməllərə qarşı Cinayət Məcəlləsindəki müvafiq maddələrin sərtləşdirilməsi də nəzərdə tutulub”.

Ana səhifəXəbərlərTəhlükəsizlik və rabitə sahələri ilə bağlı qanunvericilik dəyişdiriləcək