”Tədricən fəsil anlayışları sıradan çıxacaq”

Ramiz Məmmədov: ”1 gün 40 dərəcə isti, sabahısı şaxta da ola bilər”

Source:


Ramiz Məmmədov: ”1 gün 40 dərəcə isti, sabahısı şaxta da ola bilər”

“İqlim dəyişmələri nəticəsində son illər fəsil anlayışlarının olmayacağı ilə bağlı fikirlər təsdiqini tapır. Bununla bağlı vaxtilə açıqlamalarımda bildirmişdim” – deyir, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov.

Ramiz Məmmədov APA-ya bu fikrilərin təkcə ona aid olmadığını, BMT-nin iqlim dəyişmələri ilə məşğul olan qurumunun 2013-14-cü illər üzrə hesabatında da qeyd edildiyini bildirib:

“Tədricən fəsil anlayışları sıradan çıxacaq. İlin yay fəslində 40 dərəcə isti, növbəti gün şaxta da görmək mümkün olacaq”.

R. Məmmədov təəssüflə bildirib ki, yaxşı olmayan proqnoz özünü doğrulmağa başlayıb və son 2-3 ildə Azərbaycanda da özünü daha aktiv biruzə verməyə başlayıb:

“Xalq arasında da belə fikirlər var ki, sanki ölkədə birdən-birə qışdan yaya keçilir, pencəkdə gəzməyə vaxt olmur”.

İnstitut direktoru vurğulayıb ki, iqlim dəyişmələri zamanı havanın temperaturunun artması nəticəsində Azərbaycanda bir çox bitkilərin, xüsusən subtropik bitkilərin yetişdirilməsi üçün əlavə imkanlar yaranacaq: “Bu yaxşı əlamətdir. Ancaq digər tərəfdən temperaturun artması torpaqda buxarlanmanın çoxalması və bunun nəticəsində şoranlaşmasına gətirib çıxara bilər. Bunun da qarşısını almaq mümkündür. Müasir suvarma üsulları, su ehtiyatlarından səmərəli istifadə etməklə bu problemi həll etmək olar. İqlim dəyişmələri, fəsillərin gələcək vəziyyəti ilə bağlı artıq müəyyən proqnoz verilib. Sadəcə, baş verəcək dəyişikliklərə adaptasiya olmaq lazımdır. Hər bir ölkə adaptasiya tədbirləri hazırlamalı və görməlidir. Azərbaycanda bildiyim qədər bu istiqamətdə qabaqlayıcı işlər görülür”.

Ana səhifəXəbərlər”Tədricən fəsil anlayışları sıradan çıxacaq”