Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 13 faiz, istilik enerjisindən 5,6 faiz çox, təbii qazdan isə 0,1 faiz az istifadə edilib
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 87,8 faizi hasilatın, 12,2 faizi isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, təbii qaz ehtiyatlarının 42,9 faizi ölkə daxilində istehlak edilib, 36,2 faizi ixrac olunub, 3,3 faizini itkilər təşkil edib, 17,6 faizi isə oktyabrın əvvəlinə ehtiyat kimi qalıb.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 581 mln. kVt/saat elektrik və 129,2 min Q.kalori istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 13 faiz, istilik enerjisindən 5,6 faiz çox, təbii qazdan isə 0,1 faiz az istifadə edilib.