TƏBİB: Mingəçevir Şəhər Xəstəxanasının həkimləri cəzalandırıldı

Hər üç həkimin töhmət aldığı bildirilir

Foto: Meydan TV


Hər üç həkimin töhmət aldığı bildirilir

Mingəçevir Şəhər Xəstəxanasının həkimləri TƏBİB tərəfindən cəzalandırılıb. Qurumun yaydığı məlumatda qeyd olunur ki, jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov , cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

“Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”, – məlumatda qeyd olunub.

Meydan TV-nin redaktoru Aynur Elgünəş arayış almaq üçün müraciət etdiyi xəstəxanada üzləşdiyi neqativ hallarla bağlı müəllif yazısı

yazıb

. Yazıda göstərilən faktlar sosial şəbəkələrdə qınağa səbəb olub.

Ana səhifəXəbərlərTƏBİB: Mingəçevir Şəhər Xəstəxanasının həkimləri cəzalandırıldı