Tbilisidə yeni lövhə: Azərbaycanlı ictimai xadimlərin panteonu

Ən azından başqalarından yolu soruşmaq lazım olmur…

Source: Specify Source


Bağın 3 yerinə məzarlığı göstərən işarə də vurulub

Gürcüstanın paytaxtı Tbilisi azərbaycanlıların ən çox səyahət etdiyi yerlərdəndir, çünki həm Azərbaycana yaxındır, həm də bura səyahət ucuz başa gəlir.

Tbilisidə gəzməli-görməli yerlər də çoxdur. Şəhərin mərkəzindəki Botanika bağı da bunlardan biridir. Ancaq çoxları bilmir ki, bu bağın içində, sonlarına yaxın bir yerdə “Rose Collection” (Qızıl gül kolleksiyası) adlanan ərazidə Azərbaycanın dövlət xadimləri və ədiblərin məzarları var…

image_from_ios (8).jpg
Botanika bağı

Düzdür, məzarların yerini bilənlər də, ziyarət edənlər də olur, amma uzun müddət qəbirləri nişan verən lövhələr olmayıb. Təzəlikcə bağın 3 yerinə məzarlığı göstərən işarə də vurulub. Yeni lövhələrdə ingilis və gürcü dillərdində “azərbaycanlı fiqurların panteonu” (Pantheon of azeri figures) yazılıb.

Bağın əsas girişindən həmin əraziyə 800-900 metrlik bir piyada yolu var. Ağacların arası ilə 15-20 dəqiqəyə yeriyərək gedib çatırsan.

image_from_ios (9).jpg
Tbilisidə gəzməli-görməli yerlər də çoxdur.

Qafqazın ilk mədəniyyət beşiyi sayılan Tbilisini azərbaycanlılar üçün doğmalaşdıran bir məqam da budur: burada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Baş nazir Fətəli Xan Xoyskinin və AXC Parlamentinin sədr müavini Həsən bəy Ağayevin, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundzadə və ailə üzvlərinin, Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin qəbirləri var.

image_from_ios (3).jpg
Həsən bəy Ağayevin və Fətəli Xan Xoyskinin məzarları

Əvvəllər Botanika bağına girib məzarlığın yerini soruşanda həmişə məlumat lövhəsinə yönləndirir, oradakı xəritədən baxıb getməyi tövsiyə edirdilər. Artıq məlumatlandırıcı lövhələr vasitəsilə bura getməyin yolu göstərilir və əraziyə gedib çatmaq asanlaşıb. Ən azından başqalarından yolu soruşmaq lazım olmur…

image_from_ios (4).jpg
Mirzə Şəfi Vazehin qəbiri
image_from_ios (6).jpg
Mirzə Fətəli Axundzadə və ailə üzvlərinin məzarları
image_from_ios (5).jpg
Lövhələrdə ingilis və gürcü dillərdində “azərbaycanlı fiqurların panteonu” (Pantheon of azeri figures) yazılıb.
image_from_ios (7).jpg
Ağacların arası ilə 15-20 dəqiqəyə yeriyərək gedib çatırsan.
image_from_ios (10).jpg
Ən azından başqalarından yolu soruşmaq lazım olmur…
Ana səhifəSiyasətTbilisidə yeni lövhə: Azərbaycanlı ictimai xadimlərin panteonu