Tbilisidə yaşayış binasında antiterror əməliyyatı keçirilir (Yenilənib)

Gecədən binada atışma səslərinin gəldiyi bildirilir

Source:



Tbilisidə gecə saatlarından etibarən davam etdirilən antiterror əməliyyatı başa çatıb.

Xüsusi təyinatlılar və texnika hadisə yerini tərk edir. (Apa.az)

Qeyri-rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən üç şəxs saxlanılıb. Bir nəfər xüsusi təyinatlı isə ölüb. Yayılmış məlumatlara görə, əməliyyat zamanı daha bir nəfər ölüb. Onun kimliyi barədə açıqlama verilmir.


***

Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları antiterror əməliyyatı keçirir.

Əməliyyat Qabriel Salos küçəsindkəki yaşayış binasında keçirilir. Binadakı mənzillərin birində terrorçularla əlaqədə şübhəli bilinən insanlar gizləniblər.

Gürcüstan mətbuatnın

məlumatına görə

, əməliyyat noyabrın 21-i gecədən keçirilir və bütün gecəni atışma səsi gəlib. Terrorçuluqda şübhəli bilinən şəxslərin Gürcüstan vətəndaşları olmadıqları bildirilir. Hələlik xüsusi təyinatlılardan birinin yaralandığı təstiq edilib.

“Rustavi-2” telekanalı hadisə yerindən canlı yayım verir.

Gürcüstan hökumətinin hadisə ilə əlaqədar xüsusi iclas keçirdiyi bildirilir.

Ana səhifəXəbərlərTbilisidə yaşayış binasında antiterror əməliyyatı keçirilir (Yenilənib)