Taylandda uşaqların xilasetmə əməliyyatı aylarla uzana bilər

Xilasedicilər bir neçə variant üzərində işləyirlər

Source:
Taylandda uşaqların xilasetmə əməliyyatı davam edir
Taylandda uşaqların xilasetmə əməliyyatı davam edir


Xilasedicilər bir neçə variant üzərində işləyirlər

Taylandda leysan yağışlar nəticəsində su basmış mağarada qalan yeniyetmələrin xilasetmə işləri aylarla çəkə bilər.

Bu barədə xilasetmə işlərinə cəlb olunan Tayland ordusunun nümayəndələri

bildiriblər.

İyunun 23-də 11-16 yaş aralarında olan 12 yeniyetmə və onların 25 yaşlı futbol məşqçisi Taylandın şimaında yerləşən mağara kompleksi olan Txam Luanqa daxil olublar.

Qəfil başlayan leysan nəticəsində mağaranın girişini su ilə doldurub və onların çıxışına mane olub.

Qrupun itməsi barədə məlumat daxil olandan sonra axtarışlar başlayıb. Yeniyetmələri bazar ertəsi axtarışlarda iştirak etmək üçün Taylanda gələn iki britaniyalı dayver tapıb. Onlardan biri uşaqların tapılma anı və söhbətlərini kameraya çəkib. Sonradan həmin video “Facebook” sosial şəbəkəsində yerləşdirilib.

Uşaqlar bildiriblər ki, hamısı salamatdırlar və acdırlar. Dayverlər onlara ürək dirək verərək, bildiriblər ki, xilasetmə əməliyyatı aparılır və onlar bir müddət gözləməlidirlər.

Əyalətin qubernatoru bildirib ki, hazırda uşaqların elektrik enerjisi və telefonla təmin edilməsi üzərində iş gedir.

Mağara kompleksində olan çətin şərait səbəbindən xilasetmə işləri böyük risklərlə bağlıdır.

Evakuasiya qərarı qəbul edilsə, uşaqlar akvalanqla suyun altın üzməyi öyrənməlidirlər. Amma eskpertlər bildirirlər ki, təcrübəsiz uşaqları mağaranın dar dəhlizləri ilə suyun altında aparmaq təhlükəlidir.

Mağaradan suyu çəkmək cəhdləri də uğursuz olub. Suyun özünün çəkilməsini gözləmək isə, aylarla vaxt tələb edər. Bu zaman ərzində mağaraya daimi olaraq ərzaq aparmaq lazım gələcək.

Bu zaman ərzində uşaqların yanına xüsusi hazırlıqlı həkimlər göndəriləcək. Tayland ordusunda həkim-drayverlər var.

Digər komandalar xilasetmə üçün başqa variantlar üzərində işləyirlər.

Ana səhifəXəbərlərTaylandda uşaqların xilasetmə əməliyyatı aylarla uzana bilər