Taxıl əkini sahələri 10,6 faiz azalıb

“Əgər fermerlər bu il də yaxşı məhsul əldə etməsə, taxıl idxalından asılılıq daha da artacaq”

Source:


“Əgər fermerlər bu il də yaxşı məhsul əldə etməsə, taxıl idxalından asılılıq daha da artacaq”

2014-cü ildə məhsul istehsalı üçün 1612,7 min hektar sahə əkin üçün istifadə edilib. Bu, ötən il yanvarın 1-i üçün torpaq balansı  üzrə əkin yerinin 93,6 faizinə bərabərdir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.

Ötən il əlverişsiz hava və iqlim üzündən 55,7 min ha payızlıq əkin sahəsi məhv olub. Dənli və başqa kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı azalıb.

Bu il də vəziyyət yaxşı deyil. Yanvarın 1-dək 875,7 min ha (o cümlədən 537,2 min ha) sahədə dənli bitki əkilib. Bu, ötən ilkindən 10,6 faiz azdır.

Ekspertlərin fikrincə, əgər fermerlər bu il də yaxşı məhsul əldə etməsə, taxıl idxalından asılılıq daha da artacaq. Azərbaycanda taxıla tələbat 3,8-4 mln tondur. Rəsmi məlumata görə, tələbatın 40%-i idxal hesabına təmin edilir. Taxıl Fondunun ehtiyatı 750 min tondur.

Torpaq balansına əsasən, çoxillik bitkilərin altında (meyvə, üzüm, özəl plantasiyalar) 151,2 min hektar torpaq var.

Ana səhifəXəbərlərTaxıl əkini sahələri 10,6 faiz azalıb