Tatu – həyatımı naxışlarımdam oxu… (VİDEO)

Xarakterinə uyğun, özünü ifadə edən və bədəninin müxtəlif nahiyələrinə vurulan yazı, rəsm və heroqliflər…


Tatu adlanan və gənclərin marağına səbəb olan yaradıcılıq nümunəsi haqqında bu işlə 9 ildirki məşğul olan Tuncay Həsənoğlu danışır. “Tatunu insanlar ona görə vurdurur ki, həyat tərzi seçilsin. Yolda yaxınlaşıb soruşurlar ki, bunun mənası nədir? Onlar bilməlidirlər ki, bunun mənasını soruşmaq doğru deyil. Mənası onu vurduran üçün əzizdir” – deyir tatu ustası.


Tuncaq Həsənoğlu onu da deyir ki, tatu edən zaman iynələr dəyişilməsə müxtəlif xəstəliklərə yol aça bilər: “Həmin iynələr bir dəfə istifadə üçündür. Bu qaydalara əməl olunsa, tatunun heç bir ziyanı yoxdur. Tatu gözəllikdir nə kimi ziyanı ola bilərki?”

Ana səhifəVideoTatu – həyatımı naxışlarımdam oxu… (VİDEO)