Tanrıverdi Mustafayev: Rəqəmlərdə heç bir şişirtmə ola bilməz

Qadir İbrahimli: “Bu qədər borcun olacağı gözlənilən idi”

Source:

İşıq borc by sosial şəbəkə

Qadir İbrahimli: “Bu qədər borcun olacağı gözlənilən idi”

Son bir həftədə sosial şəbəkələrdə “Azərişıq”ın əhaliyə təqdim etdiyi işıq borcu bildirişləri paylaşılır. Bildirişlərdəki rəqəmlər müxtəlif olsa da, narahatlıq doğuran borcların əvvəlki aylarda olduğundan 2, bəzən, 3, 4 dəfə çox olmasıdır.İqtisadçı Qadir İbrahimli hesab edir ki, bu qədər borcun olacağı gözlənilən idi.

İqtisadçı Meydan TV-yə deyib ki, əvvəllər güzəştli tariflərlə 300 kilovata qədər limit müəyyənlənmişdi, təxminən 21 manat edirdi. Tarif Şurasının məlum qərarı dekabrın 1-dən qüvvəyə mindiyindən yanvarın ilk ongünlüyündə bildirişlər gəlməli idi və yeni borclar öz əksini tapmalıydı:

“Fantastik rəqəmlərə gəlincə, bu təbiidir, çünki qış mövsümündə bir sıra ailələrdə evlər qazla qızdırılmır. Çox təəssüf ki, qaz ixrac edən Azərbaycanın paytaxtında belə bəzi mənzillərdə qazdan istifadə olunmur, bir sıra yeni binalara qaz verilməyib. Ona görə mənzilləri qızdırmaq üçün kondisionerlərdən, başqa elektrik sistemlərindən istifadə olunur. Bu da kifayət qədər elektrik sərfiyyatı deməkdir. Ona görə böyük məbləğlər yaranır. Məsələn, 2016-cı ilin yanvarında 100 manat işıq pulu verən ailələr, indi 72 faiz də əlavə etməli olurlar. Problem nəinki rayonların bir çox yerində, hətta Bakının özündə də qazlaşdırılmayan yaşayış massivləri var”.

Qadir İbrahimli foto Meydan TV

Qadir İbrahimli şişirtmə hallarının istisna etmir:

“Ola bilər, hansısa məqamlarda borclarda şişirtmə olsun, ancaq borcların bu səviyyədə olacağı gözlənilən idi. Apreldən qaz bildirişlərində də oxşar tendensiyalar müşahidə olunacaq. Çünki hələ qazdan güzəştli istifadə vaxtı var”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev Meydan TV-yə deyib ki, onlar tərəfindən heç bir şişirtmə ola bilməz:

“Əhali özü də qənaət etməli, israfçılığa yol verməməlidir. Mən özüm də abonentəm və nəzarət edirəm ki, evdə israfçılıq olmasın”.

Tanrıverdi Mustafayev foto sosial şəbəkə

Şikayətlərin olub-olmamasına gəlincə, T.Mustafayev bildirdi ki, fərdi qaydada şikayət çox olur:

“Bir çoxu Tarif Şurasının qərarının yanvardan qüvvəyə minəcəyini bilirdi, ona görə anlaşılmazlıq olur. Yanlışlıqlar da mümkündür, insan faktorudur, gecə vaxtı sayğaca baxanda hansısa rəqəmi səhv yaza bilər, inkar etmirəm. Ancaq araşdırma aparıb hardasa narazılıq varsa, təcili tədbir görürük”.

Ana səhifəXəbərlərTanrıverdi Mustafayev: Rəqəmlərdə heç bir şişirtmə ola bilməz