Taleh Xasməmmədovun məhkəməsi başladı

Hüquq müdafiəçisi videogörüntülərin məhkəməyə təqdim olunmasını istədi

Source:


Hüquq müdafiəçisi videogörüntülərin məhkəməyə təqdim olunmasını istədi

Mayın 20-də həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay rayon Məhkəməsində hazırlıq məhkəməsi keçirilib. Hazırlıq iclasına yalnız hüquq müdafiəçisinin ailə üzvləri buraxılıb, başqa şəxslərin, xüsusən yerli fəalların məhkəmə prosesində iştirakına imkan verilməyib.

Bu barədə Meydan TV-yə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib. Onun sözlərinə görə, hazırlıq iclasında ilkin olaraq zərərçəkmiş kimi tanınan şəxslər özlərini təqdim ediblər, sənəd və protokollarla tanışlıq olublar.

Taleh Xasməmmədov vəsatətlə çıxış edərək, baş verdiyi iddia olunan hadisə zamanı polis idarəsindəki və mebel mağazasının qarşısındakı müşahidə kameralarının yaddaşına köçürülmüş video görüntülərin məhkəməyə təqdim olunmasını, eləcə də şahidlərin dindirilməsini istəyib.

Hakim vəsatətləri qəbul edib.

Məhkəmədə Taleh Xasməmmədov vəkildən imtina edib və öz hüquqlarını özü müdafiə edib.

Növbəti proses mayın 26- na təyin olunub.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov bu ilin 24 fevralında Göyçayda həbs olunub. O, Cinayət Məcəlləsinin  221.2.2- ci maddəsi ilə ittiham olunur. Yerli fəalların və müstəqil hüquq müdafiəçilərinin qənaətinə görə, bloqçu və hüquq müdafiə fəaliyyəti ilə məşğul olan T. Xasməmmədov Göyçayda baş verən özbaşınalıq, qanunsuzluq və korrupsiya hallarını tənqid etdiyi üçün rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin göstərişi ilə şərlənərək həbs olunub.

Siyasi məhbusların siyahısını hazırlayan işçi qrup bu yaxınlarda Taleh Xasməmmədovu siyasi məhbus elan edib.

Ana səhifəXəbərlərTaleh Xasməmmədovun məhkəməsi başladı