”Taleh Xasməmmədovun həyatı təhlükə altındadır”

”Bir neçə xəstəlikdən əziyyət çəkən məhbusun Müalicə Müəssisəsinə göndərilməsinə icazə verilmir”

Source:
Taleh Xasməmmədov
Taleh Xasməmmədov



Taleh Xasməmmədov
Taleh Xasməmmədov


‘Bir neçə xəstəlikdən əziyyət çəkən məhbusun Müalicə Müəssisəsinə göndərilməsinə icazə verilmir”

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev öz Facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi bildirib ki, son zamanlar hakimiyyətin həbsdə olan siyasi məhbuslara qarşı münasibəti, onların saxlanma şəraiti, hüquqlarının tapdanması, gözümçıxdıya salınması prosesi pisləşməyə doğru getməkdədir. Yaxınlarının onlarla görüşməsinə, sovqat, paltar, məktub, qəzet və s. göndərməsinə problem yaradılır. Əksər hallarda isə imkan verilmir. Həbs yerlərində onlara olan nəzarət artırılmaqla yanaşı bir çox hallarda diskriminasiyaya, təzyiqlərə, hətta işgəncələrə məruz qalırlar. Artıq bu qanunsuzluqların siyahısına daha biri əlavə olunub. Həbsdə olan siyasi məhbus, hüquq müdafiəçisi Taleh Xasməmmədov səhhətində yaranmış ciddi problemlərə baxmayaraq bir neçə aydır ki, onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməsinə imkan verilmir.

Gülalıyevin əldə etdiyi məlumatlara əsasən, Xasməmmədovun həyatı təhlükə altındadır, bir neçə xəstəlikdən əziyyət çəkir: “Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlərlə bağlı onun həyat yoldaşı Fəxriyyə Xasməmmədova müraciət yayıb. Müraciətdə deyilir; “Həyat yoldaşım Xasməmmədov Taleh Vidadi oğlu bir ildir ki, günahsız olaraq həbsdədir. Həbsinin səbəbi Göyçay rayon məmurlarının sifarişidir. 03.01.2016- cı il tarixində qızlarımızı da götürüb 17 saylı cəza çəkmə müəssisəsində olduq. Onunla görüşdük. Yoldaşım çox narahat idi. Özünü çox pis hiss edirdi. Ağrıları bir anda olsun ara vermirdi. Baş ağrısı, bel ağrısı, sinir ağrılarından çox əziyyət çəkir. Taleh bu ağrıları ilə əlaqədar olaraq həkim tərəfindən müayinə olunduğunu, yaxınlarda müalicə müəssisəsinə göndəriləcəyini mənə bildirdi. Lakin üstündən bir aydan çox keçməsinə baxmayarağ nədənsə yoldaşımın müalicə müəssəsinə göndərilməsi üçün razılıq verilmədi. Mən Ədliyyə nazirliyinin Penitensiar Xidməti başda olmaqla aidiyyatı orqanlardan Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlə bağlı müraciət edirəm. Əgər Taleh vaxtinda müalicə olunmazsa biz onun daha da pis virusa, xəstəliklərə yoluxacağından çox narahatiq. Bu isə bir ailənin başçısını itirmək deməkdir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən, Ombudsmandan, İnsan Hüquqları üzrə İşçi qrupundan, hüquq müdafiəçilərindən Taleh Xasməmmədova baş cəkərək vəziyyəti ilə yaxından maraqlanmalarını, onun müalicə müəssisəsinə göndərilərək müalicə olunmasına köməklik göstərmələrini bir ana kimi çox xahiş edirəm”.

Ana səhifəXəbərlər”Taleh Xasməmmədovun həyatı təhlükə altındadır”