Taleh Xasməmmədova cinayət işi açılıb

Gülbuta Xasməmmədova: “Biz hazırda çaşqın vəziyyətdəyik, bilmirik kimə müraciət edək”

Source:


Gülbuta Xasməmmədova: “Biz hazırda çaşqın vəziyyətdəyik, bilmirik kimə müraciət edək”

Fevralın 24-də həbs olunan hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə cinayət işi açıblar.

Bu barədə Meydan TV-yə saxlanılan şəxsin anası Gülbuta Xasməmmədova məlumat verib.

Gülbuta Xasməmmədova bildirib ki, artıq ikinci gündür oğluyla görüşə bilmirlər. Fevralın 25-də oğlunun saxlanıldığı Göyçay polis şöbəsinə paltar və qida aparıblar ki, versinlər. Ancaq onları heç şöbəyə yaxın buraxmayıblar. “Talehə dövlət vəkili tutublar, dünən axşam görüşüb, vəssalam. Başqa heç cür əlaqə saxlaya bilmirik”.

Gülbuta Xasməmmədova deyib ki, hadisə onun gözü qarşısında olub: “Rayonda hamı bir-birini tanıyır, ancaq Talehə tüpürüb, sonra təhqiramiz ifadələr işlədəni tanımadıq: “Biz hazırda çaşqın vəziyyətdəyik, bilmirik kimə müraciət edək”.

DİN mətbuat xidməti Taleh Xasməmmədovun adam döyməklə hüquqa zidd əməllər törətdiyi barədə məlumat yayıb.

Taleh Xasməmmədov Göyçay-Ucar regionunda hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. Əvvəllər o, hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb olunub və mühakimə edilmişdi, amma iki il əvvəl əvf olunub.

Ana səhifəXəbərlərTaleh Xasməmmədova cinayət işi açılıb