Taleh Bağırzadəyə hökm oxundu

Taleh Bağırzadə 2 il müddətinə azadlıqdan məhrum edilib

Source:

Bu gün Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə həbsdə olan ilahiyyatçı Taleh Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Meydan TV APA-ya istinadən xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra hakim hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, T. Bağırzadə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, proses iştirakçılarından biri hökm elan olunandan sonra hakimə etiraz edib. Həmin şəxs tutularaq Sabunçu rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırzadə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırzadə və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırzadənin üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə “Makarov” tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Ana səhifəXəbərlərTaleh Bağırzadəyə hökm oxundu