Tale Bağırzadənin müavininin evindən silah və dini ədəbiyyat götürülüb (yenilənib)

Elçin Qasımov hazırda həbsdədir

Source:


Elçin Qasımov hazırda həbsdədir


16.46.Elçin Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələrilə cinayət işi başlanılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.


E.Qasımovun müdafiəçiləri məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadənin müavini Elçin Qasımovun evindən silah, sursat və dini ədəbiyyat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qətimkan tədbiri seçilmiş Elçin Qasımovun “Müsəlman Birliyi” adlı Hərəkatın fəal üzvlərindən biri olması Sabunçu Rayon Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib. Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Ana səhifəXəbərlərTale Bağırzadənin müavininin evindən silah və dini ədəbiyyat götürülüb (yenilənib)