Tale Bağırov artıq azadlıqdadır

Həbsdə olan ilahiyyatçı Tale Bağırov Qobustan Qapalı tipli həbsxanasından gecə radələrində azadlığa buraxılıb.

Source:

Həbsdə olan ilahiyyatçı Tale Bağırov Qobustan Qapalı tipli həbsxanasından gecə radələrində azadlığa buraxılıb. Qeyd edək ki, Tale Bağırovun bu gün səhər saatlarında həbsdən azad olunacağı gözlənilirdi.

Meydan TV əməkdaşlarının ilahiyyatçının evindən verdiyi məlumata görə onu yaxınları, dostları və inanclı vətəndaşlar ziyarət ediblər.

O, 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Tale Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Eyni zamanda bu, onun ikinci həbsidir. Birinci dəfə o, 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən sayca ikinci olan “Hicaba azadlıq” aksiyasında iştirak etdiyi üçün həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İl yarım məhkumluq həyatı yaşayan ilahiyyatçı 2012-ci ilin noyabrında azadlığa çıxıb.

Tale Bağırov 1984-cü ildə Bakıda doğulub. Azərbaycan İqtisad Universitetini bitirib. 2005-ci ildən 2010-cu ilədək İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

Ana səhifəXəbərlərTale Bağırov artıq azadlıqdadır