Fəal iştirakçılar pul və bahalı hədiyyələr alacaqlar
Tacikistan Daxili İşlər Nazirliyi vətəndaşlar arasında ən yaxşı “xəbərçi” müsabiqəsi elan edib.
Nazirliyin saytında yerləşdirilən elana əsasən vətəndaşlar cinayətlər haqqında mobil reportyor rolunu
oynamalıdırlar.
Müsabiqədə cinayət faktları, hüquqpozmalar, müxtəlif insidentlər haqqında məlumat verən istənilən vətəndaş iştirak edə bilər.
Vətəndaşlar məlumatı sosial şəbəkə və elektron poçt vasitəsilə göndərə bilərlər. Nazirlik məlumatların məxfiliyinə zəmanət verib.
Müsabiqənin nəticələri hər yarımildə bir dəfə elan ediləcək. Müsabiqənin fəal iştirakçıları pul və bahalı hədiyyələrlə mükafatlandırılacaqlar.