''Sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır'' (yenilənib)

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib ki, avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür. Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Çünki sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır. Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa gözlə görüləcək artım müşahidə olunur.

***

''Qaya parçalarının hərəkəti müşahidə edilir''

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah Badamdarda sürüşmə ilə əlaqədar vəziyyət oktyabrın 19-da yeni məlumat yaylb. 

Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib. Sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir. Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

Oktyabrın 12-də sözügedən sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. 

Sürüşmə sahəsindəki gərginlik nəzərə alınaraq ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında Qərargah yaradılıb.

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, sürüşmə eni 300 metr olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəliləyb.

Son günlər, Badamdardan başqa, Bakının digər ərazilərində də sürüşmə hadisələri baş verib.

Oktyabrın 17-də belə bir hadisə Səməd Vurğun küçəsində, oktyabrın 18-də isə Zığ şossesində sürüşmələr olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/iryv1t

Ən çox baxılan