Sürücülər nəqliyyat müfəttişlərinin zorakılıqlarından danışır [ VİDEO ]


Ölkədə sürücülər nəqliyyat müfəttişlərinin zorakı davranışlarından giley edir. Paytaxtın xüsusən taxsi sürücüləri ilə bol olan Beynəlxalq Avtovağzal ərazisində isə tez-tez belə insidentlərin yaşandığı müşahidə olunur.

Aprelin 9-da aktyor İlqar Cahangir sürücü və müfəttiş qarşıdurmasını videoya çəkərkən özü də hücuma məruz qalıb və telefonu əlindən alınıb. Meydan TV-nin əməkdaşı hadisənin yaşandığı Avtovağzal ərazisində olub və müfəttişlər və sürücülərlə söhbət edib. Birincilər hər kəslə nəzakətlə davrandıqlarını deyir. Sürücülər isə bunun tam əksini və daim müfəttişlərin taxsi sahibləri ilə kobud, bəzən zorakılığa keçən davranışlarının şahidi olduqlarını bildirirlər. Vətəndaşlardan biri hətta belə hal yaşanarkən 102 xidmətinin də insanların müraciətlərini eşitməzlikdən gəldiyini deyir:

“Hər yerdə müfəttişlər belə kobudluqlar edirlər. Heç kəsi veclərinə almırlar. Kimi kasıb, zəif görürlər, basıb döyürlər. Sənədlərini alırlar, vermirlər. Bir sözlə nə istəyirlər edirlər”.

Sürücülər, taksi fəaliyyəti üçün fərqlənmə nişanının dövlət rüsumu 18 manat olmduğu halda, onlardan 57 manat alınmasından da söhbət açdılar.

Ana səhifəVideoSürücülər nəqliyyat müfəttişlərinin zorakılıqlarından danışır [ VİDEO ]