Sürücülər 40 milyon manat cərimələnib

Bu ilin 6 ayı ərzində 13 min inzibati xəta aşkar edilib

Source:


Bu ilin 6 ayı ərzində 13 min inzibati xəta aşkar edilib

2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayında azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən illə müqayisədə hadisələrin sayı 13,4%, zərərçəkənlərin sayı isə 16,4% azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələri nəticəsində 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. Məlumatda bildirilir ki, keçən illə müqayisədə yol-nəqliyyat hadisələrində azalma baş verib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib. Nəticədə 37 nəfər zərər çəkib.

Bu ilin 6 ayı ərzində 1387,8 min inzibati xəta aşkar edilib. Sürət həddini aşma, dayanma və durma qaydalarının pozulması, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, yol ayrıcını keçmə səbəbindən 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Ana səhifəXəbərlərSürücülər 40 milyon manat cərimələnib