Xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailəsinə faciə yaşadan Xalid Mədətov həbs olunub. Qey edək ki, martın 15-də 00:30 radələrində Suraxanı rayonunun Zığ şossesində Xalid Mədətov idarə etdiyi “Mersedes-Benz G-55” markalı avtomobillə Vüqar Abdullayevin idarə etdiyi “Vaz-2106” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xalq artistinin həyat yoldaşı və nəvəsi dünyasını dəyişib. Həmin günü Xalid Mədətov saxlansa da, sonradan azad olunub. Ancaq medianın olaya diqqəti və Xalid Mədətovun içkili vəziyyətdə polisə müqavimət göstərməsi video kadrlarının sosial şəbəkələrdə yayılması hüquq-mühafizə orqanlarını tədbir görməyə sövq etdi. Onun haqqında Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıldı. Hadisə zamanı içkili olan X. Mədətov haqqında bu maddə ilə cinayət işinin açılması müəyyən suallar doğurduğundan paytaxt sakinləri arasında sorğu keçirdik.