Suriyadan Azərbaycana 3 qadın və 13 uşaq gətirilib

Foto: Arxiv

Prosesin reallaşmasına Türkiyə dəstək verib

Avqustun 3-də Suriyadan 16 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Onların Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanıldığı bildirilirdi.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, repatriantların 3 nəfəri qadın və 13-ü uşaqdır:

Uşaqlardan bir nəfəri hər iki valideynini itirib”.

Nazirlik prosesin reallaşmasına Türkiyə tərəfindən dəstək verildiyini bildirib:

Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycanın vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə ərazisinə keçidi təmin olunub. Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib”.

Sonuncu dəfə 2022-ci ilin noyabrında Suriyada düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfərin Azərbaycana repatriasiyası həyata keçirilib.

Ana səhifəXəbərlərSuriyadan Azərbaycana 3 qadın və 13 uşaq gətirilib