Suriyadan 7 azərbaycanlı ölkəyə gətirilib

XİN, Foto: Meydan TV

“Prosesin reallaşmasında Türkiyənin göstərdiyi yardım xüsusilə qeyd olunmalıdır”

Martın 31-də Suriyanın Amerna düşərgəsində saxlanılan 7 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nazirlik onların gətirilməsini hökumətin mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutduğunu bildirib.

“Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycanın vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyənin ərazisinə keçidi təmin olunub. Bu prosesin reallaşmasında Türkiyənin göstərdiyi yardım xüsusilə qeyd olunmalıdır. “,-deyə bildirilib.

Ana səhifəXəbərlərSuriyadan 7 azərbaycanlı ölkəyə gətirilib