”Sürətlə Türkmənistana yaxınlaşırıq”

Natiq Cəfərli: ”İqtisadiyyatı sovetvari üsullarla idarə etməyə çalışırlar”

Source:


Natiq Cəfərli: ”İqtisadiyyatı sovetvari üsullarla idarə etməyə çalışırlar”

“Uzun illərdir öyünürdük ki, biz Türkmənistan deyilik, amma bəzi məsələlərdə sürətlə Türkmənistana yaxınlaşırıq”, – iqtisadçı Natiq Cəfərlinin sözləridir.

İqtisadçı bildirir ki, Xəzərin o tayında 2016-cı ilin yanvarın 1-dən valyutadəyişmə məntəqələri bağlanıb, valyuta satışı, faktiki olaraq, qadağan edilib. Nəticədə rəsmi məzənnə 3,5 manat – 1dollar olduğu halda, qara bazarda 1 dollar 8 manata satılır:

“Bütün sərt qadağalara, aparılan əməliyyatlara baxmayaraq, qara bazar fəaliyyət göstərir. Çünki dünyada iki şeyin – pulun və ideyanın qarşısını almaq mümkün deyil. SSRİ belə bunu bacarmadı”.

Natiq Cəfərli deyir ki, hər gün hüquq-mühafizə orqanlarının əməliyyat keçirib, 200-300 dollar satanları tutması absurd və gülüncdür. Belə addımlar, valyuta satışını məhdudlaşdırır:

“Həm mal-məhsulların qiymətlərini daha sürətlə bahalaşdırır, həm də məhdud sayda olan xarici investorları ölkədən didərgin salır. Son 2-3 ayda ölkədə onlarla xarici şirkətlərin nümayəndəlikləri bağlanıb. Sovetvari üsullarla iqtisadiyyatı idarə edən qalstuklu müəllimlər heç öz sevimli sovet keçmişlərindən də dərs çıxartmırlar”.

Dekabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dolların qanunsuz alqı-satqısını həyata keçirən şəxslərin saxlanması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, 10 milyonlarla dollar məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirən N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri məsuliyyətinə cəlb ediliblər.

Ana səhifəAnalitika”Sürətlə Türkmənistana yaxınlaşırıq”