”Supermarketlər dövriyyələrini 40 dəfə azaldırlar”

Sahib Ələkbərov: ”Populist çıxışlar edənlər bilməlidir ki, vergi güzəşti arzu və ya xahişlə yox, konkret iqtisadi əsaslandırmalar nəticəsində edilir”

Source:

Sahib Ələkbərov
Sahib Ələkbərov


Sahib Ələkbərov: ”Populist çıxışlar edənlər bilməlidir ki, vergi güzəşti arzu və ya xahişlə yox, konkret iqtisadi əsaslandırmalar nəticəsində edilir”

Vergilər nazirinin müavini Sahib Ələkbərov mayın 18-də keçirilən mətbuat konfransında iri mağazalarda plan üzrə vergi yoxlamalarının nəticələrini açıqlayıb. Bildirib ki, bəzi iri supermarketlər dövriyyələrini təqribən 40 dəfə azaldırlar. Supermarketlərin birində vergi yoxlamaları real dövriyyənin 35,4 dəfə, digərində 15,4 dəfə, başqa birində isə 19,3 dəfə azaldıldığını ortaya çıxarıb.

“Turan” İA-nin məlumatına görə, nazirliyin reaksiyası onunla bağlıdır ki, bir ay əvvəl “Bizim Market”, “FRESCO”, “SEBET”, “Makromart”, “ARAZ”, “Neptun”, “Bolmart” mağazalarının rəhbərləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşmüşdü.

Onlar bildirmişdi ki, manatın üzən məzənnəyə keçməsindən sonra (21 dekabr 2015-ci il) məhsulların qiymətlərini yüksəltmədən əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.

Ələkbərovun sözlərinə görə, yerli və əcnəbi ekspertlər hesab edirlər ki, ölkədə ƏDV faiz dərəcəsi iqtisadi reallıqlara cavab verir.

«Dünya praktikasında ƏDV-də müvəqqəti güzəşt innovativ və ciddi investisiya tələb edən strukturlara, eləcə də regionların və ya iqtisadiyyat sahələrinin inkişafı üçün tətbiq edilir. Populist çıxışlar edənlər bilməlidir ki, vergi güzəşti arzu və ya xahişlə yox, hökumətin iqtisadi siyasətinə uyğun, konkret iqtisadi əsaslandırmalar nəticəsində edilir», – deyə nazir müavini bildirib.

Ana səhifəXəbərlər”Supermarketlər dövriyyələrini 40 dəfə azaldırlar”