Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin 42-ci məhəlləsindəki 5 saylı qəzalı vəziyyətdə olan binanın təmir ilə bağlı Nazirlər Kabinetinə arxayın olsa da, ikinci qurumdan bu barədə məlumatsız olduqları deyilir.
“Həftədə bir dəfə çimə bilmirik, çünki burada su,qaz yoxdur”, 10 yaşlı Nicat Osmanov yaşadığı binanı təsvir etməyə çalışır. 170 ailənin yaşadığı 5 saylı bina 10 ilə yaxındır qəzalı vəziyyətdədir.
“Kanalizasiya suları “mətbəxdə” bişirdiyimiz yeməklərin içinə tökülür”
Adilə İbrahimxəlilova adlı s
akin bildirir ki, hər an binanın uçma təhlükəsi ilə üz-üzə qaldıqları azmış kimi bir də kommunal problemlər onların həyatını dözülməz edib:
“Su yoxdur, yemək burda bişirilir, tarakanların içində. Qalmaq olar burda?…”
“Biri çıxıb antena düzəldəndə panelin arasından stolun üstünə qum tökülür. Baxan yoxdur”,- deyə,
Sevil Əliyeva
şikayət edir.
Cəmilə Məmmədova
isə binada kanalizasiya xətlərinin olmamasından gileylidir. Onun sözlərinə görə, bina sakinlərinin “mətbəx” kimi istifadə etdikləri bu kiçik yerə yuxarı mərtəbələrdən çirkli sular axır.
“Hamam yox, işıq yox, bütün yüksək gərginlikli kabellər üzdədir. Uşaq əlini atır, əli çatır kabelə. Elektrik olmadığından Tok peçi ilə işləməli olururq. Bir balaca yerdir, orda yemək bişiririk, üsdən də kanalizasiya suları qazanın içinə tpkülür”.
Sumqayıt İcra Hakimiyyətindən Nazirlər Kabinetinə müraciət edilib, amma…
Sakinlər, deyir ki, adiyyatı qurumlara vəziyyətlə bağlı dəfələrlə müraciət edilsə də, nəticə yoxdur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və analiz sektorunun müdiri Ayaz İmaməliyev
Meydan Tv-yə müsahibəsində, Sumqayıtda qəzalı binaların sayının çox olduğunu bildirdi və əlavə etdi ki, həmin bina ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb:
“Nazirlər Kabinetinin verəcəyi qərardan sonra ordakı sakinlərin vəziyyəti ilə bağlı nəsə deyə bilərik. Yəni bu məsələ artıq bizim səlahiyyətimizdə deyil. Qərar ya kompensasiya ilə bağlı olacaq, ya da da əsaslı təmirlə. Bu il o yataqxana məsələsi həll ola bilər”.
Lakin
Nazirlər Kabinetinin məsləhtçisi İdris Axundzadə
bildirdi ki, bu barədə onlarda məlumatı yoxdur.
“Bizdə o barədə məlumat yoxdur”
Belə çıxır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yenidən Nazirlər Kabinetinə bu barədə məlumat verməli, ondan sonra qəzalı vəziyyətdə olan binaların təmiri ilə bağlı məsələ öz həllini tapmalıdır. Yəni 10 il bu vəziyyətə dözən bina sakinlərinin ümidi qalıb bu iki qurum arasında razılığın nə vaxt əldə olunmasına. Odur ki, indidən dəqiq zaman söyləmək mümkün deyil
Məsələ aktual olduğundan diqqətdə saxlayacağıq.