Dəfndə şəhər seçki dairələrindən mandat alan deputatlardan heç kim iştirak etməyib
Avqustun 2-də saat 11.30-da şəhid Hüseyn Etibar oğlu Abdulov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Hüseyn Abdulov 1 gün əvvəl Ermənistan ordusunun hücumu zamanı həlak olub.
Dəfn mərasiimində Sumqayıt Şəhərinin ictimai xadimləri, gəncləri, müxalif partiya üzvləri, icra hakimiyyəti strukturlarının rəhbər şəxsləri və deputat Qənirə Paşayeva da iştirak edirdi.
Ancaq Sumqayıt seçki dairələrindən mandat alan Milli Məclis üzvlərindən heç kim dəfndə olmayıb.
Dəfn zamanı 3 dəfə yaylım atəşi açılıb.