Sumqayıtda şəhər mərkəzində itlər güllələnir (VİDEO)


“Əgər biz Azərbaycanı sivil ölkə hesab ediriksə, canlılara belə bir zülm, işgəncə verməməliyik”

“Sumqayıt şəhərinin Təmizlik Deportamentində işləyən Mehman Abuş oğlu Abuşov insanlara təhlükə yaradaraq, şəhərin mərkəzində, insanlar cox olan yerlərdə itləri güllələyir. Dəfələrlə mən və digər sakinlər Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsək də, heç bir nəticəsi olmayıb”.

Bu sözləri Sumqayıt şəhər sakini Anar Süleymanov deyir. Şikayətçinin sözlərinə görə, 2014-cü ildə DİN-ə müraciətindən sonra Mehman Abuşov Polis İdarəsinin 4-cü bölməsinə gətirilib. İti öldürdüyünə görə AR İXM –nin 129.1-ci maddəsi ilə cərimələnməsi üçün protokol tərtib olunub və İcra Hakimiyyətinin İnzibati Komissiyasına göndərilib: “Mən Mehman Abuşovu 500 manat cərəmə edib-edilməməsi haqda rəsmi olaraq İnzibati Komissiyadan dəfələrnən soruşsam da, iki müraciətimə, ümumiyyətlə, heç bir cavab verilməyib. Bu sənədləri ancaq şəhər İcra Hakimiyyəti başçısının yanında İnzibati Komissiyanı məhkəməyə verdikdən sonra ala bildim. Gözlədiyim kimi, Mehmanı cərimə etməyiblər, sadəcə xəbərdalıq ediblər. Baxmayaraq ki, o dəfələrlə vətandaşları təhqir edərək, tüfənglə hədə-qorxu gəlib. Sakinlər bu haqda Polis bölmələrinə, həm də Sumqayıt şəhər Prokurorluğuna müraciət ediblər, ancaq bu müraciətdən indiyə kimi heç bir cavab gəlməyib”.

Anar Süleymanov deyir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mehman Abuşova himayədarlıq edir. O, şikayəti ilə yanaşı çəkdiyi şəkilləri də redaksiyaya təqdim edib: “Şəkillərdən göründüyü kimi Mehman Abuşov, cox sərbəst və heç kəsdən cəkinmədən tüfənglə düz İcra Hakimiyyətinin qapıları qarşısındadır. O insanlara təhlükə yaradaraq, heç kəsdən çəkinmədən adamlar, xüsusən uşaqlar cox olan yerdə sahibsiz heyvanları güllələyib öldürür. Hətta İcra Hakimiyyətinin qapılarının ağzinda duran polislər də, hansı ki, asayişi qorumalıdılar, Mehmana, əlləri ilə itlərin yerini göstərirlər. Təbii ki, İcra Hakimiyyətinin icazəsi olmadan, heç kəs şəhərin mərkəzində tüfəngnən gəzə bilməz. Axirincı belə hadisələr avqust ayin 8-də və 14-də baş verib. Sumqayıt şəhərinin 11-ci mk-da, Nizami küçəsində, Vaqzalın yanında, 12-ci mk-da bir necə iti vurub. Bu hadisələrin şahidləri və faktlar var. Biz bu işi artıq məhkəməyə vermişik”.

Anar Süleymanov hesab edir ki, Mehman Abuşov “Ev Heyvanlarınin Mühafizəsi Haqqında” Avropa Konvensiyasını və Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarını pozur: “Əgər biz Azərbaycanı sivil ölkə hesab ediriksə, canlılara belə bir zülm, işgəncə verməməliyik. Biz bilirik ki, indi sahibsiz heyvanlar üçün sığınacaqlar tikilir, bu, Leyla xanım Əliyevanın və İDEA beynalxalq təşkilatının təşəbbüsü ilə həyata keçirilir. Amma hələ ki, bu sığınacaqlar tikilməyib, burda bir kompromisə gelmək lazımdır, çıxış yolu tapmaq lazımdır. Mən də razıyam ki, şəhərdə itlər coxdur və bəzi insanlarda bu narazılıq yaradır. Amma sahibsiz itləri öldürməklə problem həll oluna bilməz. Biz bunu həmişə müşahidə etmişik. İtləri oldürməklə onlar heç də azalmır, əksinə ildən-ilə çoxalır. Şəhər İcra Hakimiyyətində çalışan sağlam düşüncəli adamlara təklif edərdim ki, onlar sahibsiz itlər üçün Sumqayıt şəhərinin yaxinlığında bir torpaq yeri ayırsınlar və mümkün qədər heyvansevər adamlara itləri yemlə, baytar-həkimlə təmin etməyə kömək etsinlər. Qalan bir çox işi heyvansevərlər özləri etməyə hazırdır. Ya da ki, heyvanlara heç bir zərər vermədən tutub sterelizasiya edib (axtalayıb) şəhərin kənarında olan yerlərə buraxmaq olar ki, onlar coxalmasın”.

Şikayətçinin fikrincə, heyvanlara qarşı münasibət psixologiyaya da təsir göstərir: “Bəzən baxıram ki, uşaq hansısa pişiyin və itin yanından keçərək, su və yemək vermək əvəzinə ona daş atır. Sonra biz təəcüblənirik ki, uşaq böyüyəndən sonra valdeyinlərinə qarşı, sonra da ümumiyyətlə, cəmiyyətə qarşı niyə belə qəddar və aqressiv olurlar? Əgər uşaq bu qəddar mühütdə böyüyərsə və asanlıqla heyvana daş ata, öldürə bilərsə, artıq bu, o deməkdir ki, o insana da əl qaldıra bilər. Bu problem ilk baxışda kiçik görünə bilər, əslində isə mühüm və çoxşaxəli problemdir. Bəzi insanlar deyəndə ki, “mən insanları cox sevirəm, mərhəmət göstərirəm, amma heyvanlara nifrət edirəm” mən onun səmimiyyətinə heç inanmıram. Mərhəmət hİssi insanda ya var, ya da yoxdur. Bu canlıların formasından həyat tərzindən asılı olmamalıdır, çünki hər bir canlı Tanrının kiçik də olsa bir hissəsidir”.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, əgər Anar Süleymanov onlara bu məsələ ilə bağlı şikayət edibsə, məsələ araşdırılacaq və tədbir görüləcək.

Ana səhifəVideoSumqayıtda şəhər mərkəzində itlər güllələnir (VİDEO)