Sumqayıtda sahibkarlar etiraz edir (VİDEO)

Oktyabrın 19-da “Karvan” Ticarət Mərkəzində malları yanan sahibkarlar onlara qarşı olan etinasızlıqdan narazıdırlar. Bu məqsədlə ilk öncə Ticarət Mərkəzinin önündə, daha sonra isə Sumqayıt İcra hakimiyyətinin qarşısına toplaşıblar. Yanğın nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara külli miqdarda ziyan dəymişdi.

Bu gün səhər saatlarında yüzlərlə sahibkar Sumqayıt şəhər İcra hakimiyyətinin qarşına toplaşıb. Sahibkarların qarşısına çıxan “Karvan” Ticarət Mərkəzinin İsməli adlı işçisi onları sakitləşdirərək onlara ticarət mərkəzinə gəlməyə çağırıb. Sahibkarlara söz verilib ki, oktyabrın 22-i saat 15:00-dək zərəçəkənlərin problemləri aradan qaldırılacaq.

Sabah “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşəcək.

Ana səhifəVideoSumqayıtda sahibkarlar etiraz edir (VİDEO)