Sumqayıtda fəhlənin binadan yıxılaraq öldüyü deyilir

“Sadə təhlükəsizlik qaydalarına əməl edilmir”

Source:

İyunun 1-də Sumqayıtda 9 mikrorayonda yerləşən 56 saylı binanın dam örtüyünü dəyişən fəhlələrdən birinin yıxılaraq öldüyü bildirilir.

Bu barədə Meydan TV-yə Sumqayıt sakinləri məlumat veriblər. Onlar bu halın ilk dəfə olmadığını, daha öncə də yaşandığını söyləyiblər.

Sakinlər bildirirlər ki, dam örtüyünün dəyişdirilməsi zamanı heç bir təhlükəsizlik tədbirlərinə əməl edilməyib. Hadisə elə bu səbəbdən baş verib:

“Adi təhlükəsizlik kəmərindən belə istifadə edilmir. Niyə insanları belə bir şəraitdə işlədirlər? Yəqin düşünürlər ki, dövlət başçısı şəxsən Sumqayıta gəlib bunlara təhlükəsizlik kəməri verməyibsə, deməli, buna ehtiyac yoxdur”.

Bu, Sumqayıtda baş verən ilk belə hadisə deyil. Mayın 21-də də fəhlə, 1971-ci il təvəllüdlü Rüfət Əli oğlu Əliyev işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq

ölmüşdü

. Martın 24-də isə 1985-ci il təvəllüdlü Cavadov Ceyhun fəhlə işlədiyi binadan

yıxılaraq

ölmüşdü.

Son dövrlər Sumqayıtda abadlıq-quruculuq işləri

görülür

. Bu çərçivədə sosial obyektlərin, yaşayış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi nəzərdə tutulub.

Ana səhifəXəbərlərSumqayıtda fəhlənin binadan yıxılaraq öldüyü deyilir