Sumqayıtda fabrikdə 19 nəfərin zəhərləndiyi deyilir

Zəhərlənmə, şərti şəkil. Foto: Azərtac

Hazırda 14 nəfərin müalicəsi davam etdirilir

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub. Hadisənin tekstil fabrikində baş verdiyi bildirilir.

TƏBİB-dən verilən məlumata görə, bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 16-sı qadın, 3-ü kişi olmaqla, ümumilikdə 19 nəfər hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımların göstərildiyi bildirilir. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Ana səhifəSosialSumqayıtda fabrikdə 19 nəfərin zəhərləndiyi deyilir