Sumqayıt Dövlət Universitetindən tələbələrə saqqal qadağası

Mətbuat xidməti: “Uzun saqqal saxlayan tələbəni universitetə kim buraxar?

Source:
Sumqayıt Dövlət Universiteti
Sumqayıt Dövlət Universiteti


Mətbuat xidməti: “Uzun saqqal saxlayan tələbəni universitetə kim buraxar?

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

Bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən “A24.Az”-ın redaksiyasına daxil olan məlumatda

deyilir.

Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar.

“Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir. Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini qeyd ediblər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib”, məlumatda deyilir.

Qadağa ilə bağlı “A24.az”-a açıqlama verən SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli qeyd edib ki, tələbələrə saqqal qadağası üçün rəsmi şəkildə heç bir göstəriş verilməyib:

“Ola bilər ki, səliqəli tələbə görünüşünü aşılamaq üçün belə bir tövsiyə verilsin. Amma, ümumilikdə belə bir qadağanın qüvvəyə minməsi ilə bağlı heç bir ciddi xəbərdarlıq yoxdur. Hazırda universitetdə saqqal saxlayan o qədər tələbə var ki… Amma çox uzun saqqal saxlamırlar da. Uzun saqqal saxlayan tələbəni universitetə kim buraxar? Yəni o, normal bir şey deyil, axı tələbə səliqəli olmalıdır. Bunu kim yayırsa, yalan məlumatlardır. Təbii ki, saqqal saxlamaq təhsilə heç bir problem yaratmır. Amma indiki dövr bir az qarışıqdır. O qədər dini baxışlar var ki, adam bilmir ki, tələbə bu saqqalı hansı məqsədlə saxlayır?!”.

Bir neçə gün bundan öncə Azərbaycan Odlar Yurdu Universitetində (OYU) tələbələrə hündürdaban ayaqqabı geyinmək qadağan edilib. OYU bu qadağanı hündürdaban ayaqqabıların döşəmə üzərində dərs prosesinin pozulmasına səbəb olacaq səs-küylərin yaratması ilə əlaqələndirib.

Ana səhifəXəbərlərSumqayıt Dövlət Universitetindən tələbələrə saqqal qadağası