Bu gün fevralın 1-i səhər saatlarında Sumqayıtda “Karvan” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar etiraz aksiyası keçirdi.
Onların istəyi bir neçə gün bundan öncə bazar rəhbərliyi tərəfindən yer pulunun 50 fazinin verilməsi barədə razılığa əməl olunmaması olub.
Şəhər İcra Hakimiyyətinə yürüş etmək istəyən sahibkarların önünü polis qüvvələri kəsib.
Onlarla yenidən ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədovla, icra hakiminin 1-ci müavini Faiq Kərimovla və digər məsul şəxslərlə danışıqlar aparıb və sahibkarların yer pulunu qeyri-müəyyən vaxtadək 50 faiz ödəmələri barədə razılığa gəliblər
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646