Rusiyalı zabit hospitala aparılarkən ölüb
Şuşada Rusiya sülhməramlılarının zabiti minaya düşərək həlak olub.
Məlumatı “Tass.ru” Rusiya Müdafiə Nazirliyinə istinadən
yayıb
.
Zabitin adı qeyd olunmasa da, hadisənin dekabrın 17-də baş verdiyi bildirilib:
“Zabitə təcili tibbi yardım göstərilsə də, o, hospitala aparılarkən ölüb. Hadisə zamanı Beynəlxalq Minalar Əleyhinə Mərkəzin başqa bir zabiti isə ağır yaralanıb”.