Şahin Hacıyev və Rövşən Hacıbəyli hal şahidi kimi prosesdə iştirak edir
Hüquq müdafiəçisi Leyla Yunusun Bakı şəhəri, Nizami 63a ünvandakı ofisində axtarış başlayıb. Bu barədə Meydan TV-nin hadisə yerindən verdiyi məlumata görə, axtarış barədə order olmasa da, Respublika Prokurorluğunun əməkdaşları buna əhəmiyyət verməyiblər. Axtarışı prokurorluqdan 2, polisdən 3 nəfər aparır. Prosesdə Leyla Yunusla bərabər onun vəkili Xalid Bağırov, hal şahidi kimi “Turan İA”-nin redaktoru Şahin Hacıyev, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli iştirak edir.
Axtarışdan əvvəl ofisin işçisi Mətanət Əzizovanın Meydan TV-yə verdiyi məlumata görə, onlar aprelin 28-də ofisi bağlayarkən işıqları söndürüblər, amma səhər ofis açılanda işıqların yandığının şahidi olublar. Bu isə ofisə sənəd və yaxud başqa əşyaların qoyulması şübhəsini artırır.
Video: Tural Mustafayevə məxsusdur