Sui-qəsd olayına reaksiyalar

Adi kriminal olay, yoxsa terror?

Source:
Yunis Səfərov
Yunis Səfərov


Adi kriminal olay, yoxsa terror?

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Hadisənin baş verdiyi gündən bu yana müxtəlif versiyalar səsləndirilir.

Əli Həsənov
Əli Həsənov

Öncə hadisənin namus üstündə baş verdiyi söylənildi. Həmin ərəfədə Prezidentin köməkçisi

Əli Həsənov

açıqlama verərək, olayı adi kriminal hadisə kimi dəyərləndirdi.


Din versiyası gücləndirildi

Sonradan məlum oldu ki, Gəncə sakinlərinin əksəriyyətinin mobil telefonuna hadisədə şübhəli bilinən Yunis Səfərovun müdafiəsinə səsləyən dini xarakterli mesajlar göndərilir. İyulun 4-də isə sosial şəbəkələrdə Yunis Səfərovun xanımının fikirləri kimi təqdim edilən səs yazısı yayıldı. Həmin səs yazısında xanım qeyd edirdi ki, Yunis Səfərov İmam Hüseynin qisasını alıb. Söhbətdə “Müsəlman Birliyi” Hərəkatının, birliyin sədri Taleh Bağırzadənin də adı hallandırılırdı.

Bundan sonra ictimaiyyətdə hadisənin dini zəmində törədildiyinə dair fikirlər gücləndirildi.

Hadisəyə münasibət bildirən məmur və deputatların fikirləri isə fərqlidir. Meydan TV yalnız iyulun 6-da yayımlanmış açıqlamalara diqqət çəkir…



Siyavuş Novruzov: “Bu hadisəni təxribatla və ya terrorla əlaqələndirmək yersizdir”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Siyavuş Novruzov

hesab edib ki, baş verən hadisəni dinlə, terrorla əlaqələndirmək doğru deyil:

“Elmar Vəliyevə qarşı sui-qəsddə dini amildən söhbət gedə bilməz; İmam Hüseynə münasibət pis idisə, İmamzada ən yüksək səviyyədə bərpa olunub vətəndaşlarımızın ixtiyarına verilməzdi”.

S.Novruzov səslənən iddianı təxribat hesab etdiyini vurğulayıb:

“Bu, hansısa qüvvələrin, yaxud ölkənin təxribat qrupunun ortaya atdığı iddiadır. O baxımdan da bu, Azərbaycandakı tolerantlığa qarşı qoyulan məsələ, atılan addımdır. Şübhə yoxdur ki, bu kimi cəhdlərlə Azərbaycanı qarışdırmaq istəyirlər. Hazırda istintaq işi gedir və bütün məsələlər üzə çıxarılacaq”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

S.Novruzov E.Vəliyevə qarşı sui-qəsddə dini amilin birmənalı olaraq kənara qoyulmasını zəruri sayıb:

“Burada dini amildən söhbət gedə bilməz. Bunu ortaya atanlar da Azərbaycanda məzhəb qarşıdurmasını salmaq istəyən insanlardır. Bu, çox təhlükəli məsələdir. Ona görə də bütün dindarlar, aidiyyəti strukturlar bu məsələyə münasibətini bildirməlidir. Bugünə qədər Azərbaycanda dini məzhəbə görə kiməsə qarşı hər hansı sui-qəsd, terror, yaxud təxribat olmayıb. Bugünə qədər Azərbaycanda müəyyən qüvvələr qeyri-qanuni hansısa dini cərəyanlarda fəaliyyət göstəriblər, onlar da qanun qarşısında cavab veriblər. Hesab edirəm ki, Azərbaycanda bütün dinlərin fəaliyyət göstərməsi üçün hər cür şərait var”.



Xanlar Vəliyev: Anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır

Elmar Vəliyevin qardaşı, Baş Prokrorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokroru Xanlar Vəliyev

“Bizim Yol

”-a:

Xanlar Vəliyev
Xanlar Vəliyev

“O adamın özü, anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s insanı emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən…Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız “Quran”ı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhumatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın”.



Zahid Oruc: “ETTELAT gəlib Gəncədə din davası aparası deyildi”

““Rusiya izi”ni iddia edənlərin arqumentləri adi pasport görüntüsündən o yana keçmir”.

Bu sözləri

“Musavat.com”-a

müsahibəsində deputat Zahid Oruc deyib.

Deputat daha sonra bildirib:

“Doğrudur, bir vaxtlar QRU-nun, Moskvanın baş kəşfiyyat idarəsinin bölgədə müxtəlif ssenarilər hazırladığı və pərdə arxasında həyata keçirdiyi məkrli planlar təəssüf ki, tariximizdə qalıb. Lakin indi Kremldən Bakıya müttəfiqlik nəzərlərinin dikildiyi bir dövrdə gəlib regionda qətllər törədib qeyri-sabitlik qurşağını bir qədər də genişlədirmək ruslara gərək ola bilməz. Əksinə, iki dövlətin arasına girmək istəyənlər an azı həmin versiyalarla antimoskva düşərgəsində əsassız fobiyanı bir qədər də gücləndirməyə çalışırlar”.

Zahid Oruc
Zahid Oruc

Sui-qəsddə din faktoruna gəlincə, Zahid Oruc deyib ki, dövlətin təhlükəsizlik xidməti və əks-kəşfiyyat orqanları hər bir hərəkətin daha geniş boyutda izlərini axtarmağı vəzifə borcları saymalıdılar:

“Çünki orada müxtəlif sabiq məmurların böyük biznes və iqtisadi maraqları mövcud idi və həmin dayaqlara zərbə vurulması sakit ötüşə bilməzdi. Lakin İran və Rusiyanın daxilində hazırda çox böyük sarsıntılar var. Xüsusilə Tehran əleyhinə beynəlxalq sanksiyalar sərtləşən kimi daxildə üsyanlar da sinxron şəkildə meydanlara daşınıb. Belə şəraitdə ETTELAT gəlib Gəncədə din davası aparası deyildi. Lakin Nardaranda dayaqları sarsılmış radikal ekstremist dini qüvvələrin uzantıları Gəncəyə doğru yön almışdı və ehtimal ki, onlar müxtəlif şəxslərə qarşı qisasçılıq fəaliyyətini həyata keçirə bilərdilər”.



Rəsmi: Bu hadisə terror aktıdır

İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə

məlumatı

yayıldı. Məlumatda deyilir:

“Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır”.

Ana səhifəXəbərlərSui-qəsd olayına reaksiyalar