”Standard and Poor’s” Azərbaycanın reytinqi ”zibil” səviyyəsinə endirdi

”Xarici risklər artmaqdadır, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə düşüb”

Source:
Standard and Poor’s
Standard and Poor’s
Standard and Poor’s
Standard and Poor’s


”Xarici risklər artmaqdadır, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə düşüb”

ABŞ-dakı “Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın kredit reytinqini BB+səviyyəsinə endirib. Bu “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır. Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalmasıdır.

“Azərbaycan karbohidrogen sektorundan çox asılıdır”,-reytinq agentliyi bildirir və əlavə edir ki, Azərbaycan iqtisadiyyatının bu il, milli valyutanın devalvasiyasına baxmayaraq azalacağını gözləyir.

Agentlik xəbərdarlıq edir ki, “xarici risklər artmaqdadır, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə düşüb”

Ötən ilin sonunda «Standard and Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya «BBB-» səviyyəsində saxladığını təsdiqləmiş, proqnozunu isə, əvvəlki qiymətləndirmədəki kimi, «mənfi» saxlamışdı.

​​”Standard and Poor’s”a görə, ”BBB-” səviyyəsi və yuxarısı investisiyaya uyğun səviyyə kimi qəbul edilir.

Bundan aşağı olan ”BB+” və sonrakı səviyyələr ”investisiya yatırılmayacaq” və əsasən, ”zibil” səviyyəsi adlandırılır.

Standard & Poor’s – dünyada üç ən nüfuzlu reytinq agentliyindən biridir (Moody’s və Fitch Ratings ilə yanaşı).



Turan IA

Ana səhifəXəbərlər”Standard and Poor’s” Azərbaycanın reytinqi ”zibil” səviyyəsinə endirdi